Cümə, 03 May

Cənubi Koreyada koronavirusa yoluxmada ANTİREKORD

image

Cənubi Koreyada ötən sutka COVID-19 virusuna 3 273 yoluxma aşkarlanıb. Bu, Cənubi Koreyada indiyədək qeydə alınan ən yüksək yoluxma sayıdır.

Xəbər verilir ki, Cənubi Koreyanın xəstəliklərə nəzarət və profilaktika mərkəzinin mütəxəssisləri virusa sutkalıq yoluxmaların çoxalmasının “delta “ştamının yayılması ilə əlaqədar olduğunu bildirirlər.

Qeyd olunub ki, Seulda 1 217 nəfərin, mərkəzi Kyenqido vilayətində isə 1 094 nəfərin koronavirus testi müsbət olub. Ümumilikdə ölkədə 298 402 nəfər virusa yoluxub ki, onlardan 266 414-ü sağalıb.

Ötən gün ərzində müalicə alan yeddi pasiyent ölüb. Bununla da Cənubi Koreyada ölənlərin sayı 2 441 nəfərə çatıb. Ölüm nisbəti 0,82%-dir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15