Cümə axşamı, 02 May

Restoran və kafelər bağlanacaq, SMS-icazə olacaq - AÇIQLAMA + VİDEO

image

Koronavirusa yoluxmuş aktiv xəstə sayı ciddi rəqəmdir və bu, məcbur edir ki, qapanmalara gedilsin.

Xəbər verilir ki, bunu ARB24-ün “Nə baş verir?” verilişinə açıqlamasında həkim Rauf Qasımov deyib.

O bildirib ki, gündəlik yoluxma sayındakı artım nəticəsində TƏBİB-in statistikasına əsasən respublikadakı bütün xəstəxanalar korona xəstələri üçün xidmət göstərsə, təxminən 40 min çarpayı ehtiyatı olar.

Bugünkü aktiv xəstə sayı ilə bağlı rəqəmlər onu göstərir ki, biz artıq bu statistikanın yarısını tamamlamışıq. Əksər klinikaların 150-250 nəfərlik çarpayısı var. Gündəlik 2500-ə yaxın insanın virusa yoluxması nəticəsində bir gündə 10 xəstəxana dolur. Belə olan halda isə təbii ki, məcburiyyət qarşısında qapanmalara gediləcək".

Həkim onu da qeyd edib ki, qapanmalar çərçivəsində SMS-icazə sistemi də tətbiq ediləcək:

'Növbəti addım yəqin ki, ənənəvi tədris davam edən universitetlərdə tədrisin dayandırılması, kafe-restoranın bağlanması barədədir. Bu qərarlar nəticəsini verməsə, çox güman ki, daha ciddi addımlar atılacaq, ticarət obyektləri bağlanacaq və SMS-icazə sisteminə keçiləcək".

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15