Cümə, 26 Aprel

Çində bir litr yarım “Cola” içən gənc öldü

image

10 dəqiqə ərzində bir litr yarım “Cola” içən Çin sakini növbəti gün dünyasını dəyişib.

Xəbər verilir ki, bu barədə “Daily Mail” yazıb. Qazlı içkini içdikdən 6 saat sonra 22 yaşlı kişi mədəsində şiddətli ağrı və şişkinlikdən şikayətlə Pekin xəstəxanasına müraciət edib. Həkimlər ona pnevmatoz- bağırsaq divarında hava kistlərinin əmələ gəlməsi və qaraciyər işemiyası diaqnozu qoyublar.

Bundan əlavə, gəncin ürək döyüntüsü və tənəffüsü zəifləyib, qan təzyiqi isə düşüb. 12 saatdan sonra qan analizləri onun qaraciyərinin ağır zədələndiyini göstərib. Daha sonra vəziyyəti pisləşən şəxs klinikaya getdikdən 18 saat sonra ölüb.

Çinli həkimlər hesab edir ki, pasiyent “Cola”nı sürətlə içdiyi üçün orqanizmə xeyli miqdarda karbon qazı yığılıb. Bu isə qaraciyərdə oksigen çatışmazlığına və ölümə səbəb olub. Tibb işçiləri, həmçinin, əlavə ediblər ki, qaraciyərin əsas qan damarlarından biri olan portal damara bağırsaqlardan qan sızıb.

Londonlu bio-kimyaçı Natan Devis isə hesab edir ki, gənc bədəndə qazların yığılmasına səbəb olan bakterial infeksiyadan dünyasını dəyişib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33