Cümə axşamı, 02 May

Putin vəziyyəti hər an dəyişə bilər - Klimkin

image

Almaniya kansleri Angela Merkel vəzifədən getdikdən sonra da Ukrayna ilə Rusiya arasında vasitəçi ola bilər.

Xəbər verilir ki, bunu Ukraynanın keçmiş xarici işlər naziri Pavel Klimkin deyib.

O, Donbasda sülhün açarlarının Putinin əlində olduğunu qeyd edib:

“Ya öz oyunumuzu oynayırıq, ssenarini dəqiq müəyyənləşdiririk, amerikalıları Donbas üçün yeni bir strategiyaya ehtiyacımız olduğuna inandırırıq və onlarla birlikdə gedirik, ya da donmağa gedirik. Donma çox təhlükəli bir şeydir. Deməli, bu gün Putin var. Və hər an vəziyyəti dəyişə bilər”.

Klimkin Merkelin iki ölkə arasında vasitəçi olmağa davam edə biləcəyini söyləyib:

“Yeni bir strategiya mümkündür, əslində bu barədə danışıqlar gedir. Sadəcə bəzi nüansları söyləmək istəmirəm. Ukrayna ABŞ-la danışır, Almaniyada yeni hökumət gəldikdən sonra yenə də Merkelin Putinlə danışması lazım olacaq. Mənim proqnozum budur”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15