Bazar ertəsi, 13 May

BMT rəsmisi: Azərbaycanın vaksinlərin idxalı üçün səyləri müsbət təsirini göstərir

image

“COVAX platforması çərçivəsində peyvəndlərin ölkəyə gətirilməsi tam şəkildə hökumət tərəfindən maliyyələşdirilir”.

Bu fikirləri UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Kavardin ölkəyə göndərilən “Vaxzevria” (əvvəlki adı “AstraZeneca”) vaksininin qarşılama mərasimində deyib.

O bildirib ki, növbəti görülməli vacib iş insanların kütləvi peyvəndlənməsinə nail olmaqdır: “Çünki virusla mübarizənin ən səmərəli yolu peyvənd vurdurulmasıdır. Ümid edirəm ki, birgə səylərlə çətin dövrü geridə qoymuş olacağıq”.

BMT-nin İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsi Qulam İsakzai COVAX platforması çərçivəsində peyvəndin ilk partiyasının Azərbaycana gətirilməsi münasibəti ilə hökuməti təbrik edib: “Ümumiyyətlə Azərbaycan hökuməti virusla mübarizə istiqamətində vaksinlərin erkən mərhələdə idxalı üçün çox səylər göstərir və bu da öz müsbət təsirini göstərir”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00