Çərşənbə axşamı, 23 Aprel

Rusiyanın Azərbaycanla təhlükəli planları - 5 milyard ayrılır

image

Rusiya şirkətləri 1 aprel 2021-ci il tarixinə Azərbaycanın neft-qaz sektoruna 4,9 milyard  ABŞ dollar sərmayə yatırıb.

Verilən məlumata görə, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Rusiyanın "Nefteqazovaya vertikal" jurnalına müsahibəsində deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda Rusiya kapitallı mindən çox şirkət fəaliyyət göstərir.

Nazir onu da qeyd etdi ki, böyük karbohidrogen ehtiyatlarına malik olan Azərbaycanın neft və qaz sektoru hər zaman xarici investisiyalar üçün cəlbedici olub. 2000-2020-ci illərdə Azərbaycanın neft-qaz sektoruna 109,5 milyard  dollar sərmayə qoyulub ki, bunun da 79,5%-i xarici investisiyalardır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33
image

Bakıda taxta bazarı yanır

  • 20.04.2024 - 18:00
image

Paşinyandan ilk - Açıqlama

  • 20.04.2024 - 14:37