Çərşənbə, 20 Oktyabr

Namazı batil olan İran bizdən nə istəyir?

image

Allahın Şərqin başına saldığı nəhəng bir daş, cin-şeytan yuvası olan İran xislətini bu günlərdə bir daha biruzə verib. Biruzə vermək bir qədər yumşaq ifadə oldu, öz mərdiməzar xislətini qusub desək tam yerinə düşərdi. Görünən odur ki, daxili aləmləri iylənmiş və kif atmış İran mollaları üçün belə bu cür siyasi əxlaqsızlığı həzm etmək çox çətindir. 

Gözümüzün içinə baxa-baxa Qarabağa yük daşıyan, özü kimi mənəviyyat yoxsulu Ermənistanı silahlandıran İran bu gün çıxıb mehriban qonşuluq siyasətindən dəm vurur. Sanki cəmi bir neçə gün əvvəl Qarabağa yük maşınları ilə sürtkü yağlarını, yanacaq məhsullarını Azərbaycandan icazəsiz şəkildə tamamilə fərqli bir ölkə ötürüb.

Deyəsən İranın saqqalını kir basmış mollaları qonşuluq siyasəti deyəndə ağıllarında tamamilə fərqli ssenarilər canlanır. Ya bütün İranı siğədən keçirən mollaların könlünə bu dəfə də erməni qızlarını siğə etmək düşüb, ya da bütün bu sayıqlamalar koronavirusun əlində biəlac qalmış İran mollarındakı yan təsirlərindən biridir. Əks təqdirdə baş verənləri mənalandırmaq üçün ağılın və məntiqin dili yetərsiz qalır. 

İranın siyasi və əxlaqi tərbiyəsizliyi mühairbə dövründə olduğu kimi bu gün də davam edir. İnsana, normal düşüncəyə, əqli inkişaf səviyyəsinə malik sivil insana sözü bir dəfə deyərlər. Lakin görün İran mollasının gönü nə qədər qalındır ki, Azərbaycanın oxşar proseslərlə bağlı rəsmi nota verməsi ruhlarını belə incitməyib. Eyni əməllər günü bu gün də davam edir. Bu gün də İran mollaları göz görə-görə separatçıları dəstəkləməkdə davam edir.

Bu da azmış kimi qotur əlləri ilə də Azərbaycan daxilində özü ağılda olanları təsir altına salır, müxtəlif təxribatlar törətməyə çalışır. Beynəlxalq hüququn nə olduğunu, dövlət sərhədlərinin harada başladığını isə qandırmaq mümkün deyil. Gərək insan dərdini sərini, etirazını onların başa düşdüyü dildə, privmitiv heyvani davranışlarla ifadə etsin. Başqa cür beləsi ilə hansı dildə danışasan axı? 

Aylardır özlərini əbləhliyə vuran İran mollaları son günlər qəfildən təqvadan oyanıblar. Birdən yadlarına düşüb ki, qonşularımız Xəzərdə təlim keçirlər və bu qonşuluq münasibətlərinə zərər vurur. Lakin İran yadından çıxarıb ki, Xəzərin statusu ilə bağlı razılaşdırılmış sənədi bircə özü ratifikasıya etməyib. İndi isə azını açıb, gözünü yumaraq Xəzərdəki təlimlərdən narahat olduğunu dilə gətirir. Bu məqamda ayətullahların yaxasından tutub soruşmaq lazımdır ki, ay pədərsüxtə, bəs hara getdi o qonşularla münasibətləri prioritet hesab edən ölkə? Ermənistan qonşu olduğu kimi, Azərbaycanda sizə qonşu deyilmi? Necə olur ki, Ermənistana maşınlar dolusu silah sursatı daşıyırsız, amma Asıra Azərbaycana gələndə sadəcə dua etməklə kifayətlənirsiz? Bu elədiyiniz əməllər qonşuluq münasibətlərinin çoxmu xeyrinədir? 

Gözü təzəcə açılan İran mollasının bu suallara hər hansı formada məntiqli cavab verəcəyini gözləmək əbəsdir. Əgər cavab versələr belə bizim bu dili başa düşəcəyimiz də şübhəlidir. ABŞ-ı, koronavirusu dua ilə məhv etməyə çalışan Dərviş Məstəlişahların ölkəsinin ən güclü silahı sən demə dua imiş.  Ümid edirik ki, bir gün İran mollaları Ermənistana da eyni dualardan göndərməyə qərar verər. İran mollasının duasının nə işə yarayacağı isə artıq ayrı bir sualın mövzusudur.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Eldar Həsənovdan xəbər var

  • 18.10.2021 - 14:44