Qətərin ABŞ-dan aldığı 12 milyard dollarlıq qırıcıları
Qətərin ABŞ-dan aldığı 12 milyard dollarlıq qırıcıları
Qətər ABŞ-dan aldığı və "Əbabil" adlandırdığı 3 ədəd "F-15QA" qırıcısının sınağını reallaşdırıb.
Xəbər verilir ki, sınaq Qətərin müdafiə naziri Xalid bin Məhəmməd əl-Atiyyənin iştirakı ilə baş tutub.
Qətər Müdafiə Nazirliyi rəsmi "Twitter" səhifəsində qırıcıların sınaq uçuşu ilə bağlı video yayılmayıb. Sınaq uçuşunun keçirildiyi ərazi isə açıqlanmayıb.
Qeyd edək ki, Birləşmiş Ştatlar 2017-ci ilin dekabrında Qətərin istədiyi xüsusiyyətlərə uyğun hazırlanan və "Əbabil" adlandırılan "F-15QA" da daxil olmaqla, 36 ədəd "F-15" qırıcı təyyarəsinin Qətərə satılacağını açıqlamışdı.
Qətərin ABŞ-la imzaladığı 12 milyard dollarlıq müqavilə əsasında istehsal olunan "F-15QA" tipli döyüş təyyarəsinin ilk uçuşu ötən ilin aprel ayında reallaşıb.
Azadsoz.com