Cümə, 29 Mart

26 milyonluq heykəli sökmək üçün 24 milyon xərclənəcək

image

Çində məşhur "Guan Yu" heykəlinin yeri dəyişdirilir.

Xəbər verilir ki, 58 metrlik tunc heykəlin sökülərək başqa əraziyə aparılması üçün təxminən 24 milyon dollar xərclənəcək.

Çin hərbi komandirinin şərəfinə ucaldılmış bu abidə 2016 -cı ildə 26 milyon dollara ərsəyə gəlib. Şəhər sakinləri abidəni bəyənməyiblər. Vətəndaşlar onun şəhərin görkəmini korladığını deyirlər. Yerli medianın yazmasına görə, əslində bu, hökumətin də xoşuna gəlməyib.

Abidənin götürülməsi ilə bağlı qərarı isə Çinin Mərkəzi Televiziyası elan edib. "Guan Yu" indiki yerindən 8 km məsafəyə - Dianjiantaya köçürülməlidir.
Qeyd edək ki, Guan Yu II əsrin sonu - III əsrin əvvəllərində yaşayıb və böyük döyüşlərdə iştirakı, qəhrəmanlığı ilə məşhurlaşıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45