Cümə, 29 Mart

Talibanı devirmək üçün ABŞ-la anlaşdı – Bölgədə durum dəyişir

image

Pəncşir hərəkatının mərhum lideri Əhməd Şah Məsudun oğlu Əhməd Məsud Əfqanıstanda Taliban rejimini devirmək üçün ABŞ-dan dəstək istədi.

Xəbər verilir ki, Taliban hakimiyyəti ələ keçirdikdən sonra Əhməd Məsud Pəncşirə çəkilərək taliblərə müqavimət göstərməyə başlayıb.

Müzakirə cəhdləri uğursuz olduqda Taliban Pəncşirə qarşı əməliyyata başlayıb və əyalət bir həftə ərzində hərəkatın nəzarətinə keçib. Müqaviməti dəstəkləyən Məsud və Əmrullah Salehin hara getdiyi ilə bağlı heç bir məlumat yox idi.

Məsudun yaxın adamları bu həftə ABŞ-ın məşhur lobbiçisi Robert Straykla razılığa gəliblər. Ötən gün Ədliyyə Nazirliyinə təqdim edilən ərizə ilə rəsmiləşən təşəbbüsə görə, Robert Strayk Vaşinqton və Qərb tərəfindən dəstəklənməsi üçün Əhməd Məsudun rəhbərlik etdiyi qüvvələrin tanınması üçün lobbiçilik edəcək. Məsud bu çərçivədə Taliban hökumətinin devrilməsi üçün Qərb və ABŞ-dan dəstək almağa çalışacaq.

Eyni zamanda, Məsudun Əfqanıstan adına ABŞ və Fransada qanuni nümayəndəlik açmaq, BMT-də Kabilin yerini almaq istədiyi bildirilib.

Məsudun atası Əhməd Şah Məsud 1990-cı illərin sonunda oxşar təşəbbüslə xüsusilə Avropa ilə əlaqə qurmuşdu. O, Avropaya səfəri zamanı Taliban və “Əl-Qaidə” lideri Üsamə bin Ladenin əleyhinə açıqlamalar verərək, Qərbi dəstəklədiyi konfranslar keçirmişdi. Onun qurduğu “Şimal İttifaqı” Hindistan, İran, ABŞ, Rusiya, Türkiyə kimi bir çox ölkə tərəfindən dəstəklənmişdi.

https://azadsoz.com/M0/1/2021/09/images/20210918_112221_1631949741_c2701bfc2c.jpg

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45