Çərşənbə axşamı, 16 Aprel

Generaldan şok iddia: “Nüvə silahı işə düşəcəkdi, müharibə olacaqdı”

image

Donald Trampın səlahiyyət müddətinin son həftələrində Çinə müharibə elan edə biləcəyinə dair narahatlıqla bağlı ABŞ baş qərargah rəisi Mark Millinin iki dəfə çinli həmkarı Li Tszoçeni xəbərdar etdiyi iddia olunub.

Xəbər verilir ki, bu barədə “Vaşinqton Post” qəzetinin jurnalistləri Bob Vudvard və Robert Kostanın birgə yazdığı “Təhlükə” adlı kitabda qeyd edilib.

“General Li, sizi əmin edə bilərəm ki, Amerika hökuməti sabit qərarlıdır, hər şey yaxşı olacaq. Sizə hücum etməyəcəyik və sizə qarşı heç bir kinetik əməliyyat keçirməyəcəyik”, – Milli çinli həmkarına deyib.

Kitabda Millinin ABŞ-ın Asiya və Sakit okean bölgəsindən məsul olan Hind-Sakit Okean Komandanlığına nəzarət edən admirala zəng etdiyi və bəzi hərbi təlimləri təxirə salmasını tövsiyə etdiyi də iddia edilib.

Eyni kitabda Milli Trampın nüvə silahından istifadə etməyi əmr edəcəyi təqdirdə bu işə qarışacağını təmin etmək üçün yüksək vəzifəli şəxslərdən and içmələrini istədiyi bildirilib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28
image

Yunanıstanda zəlzələ oldu

  • 14.04.2024 - 14:37
image

DİM bu gün imtahan keçirir

  • 14.04.2024 - 10:55
image

“WhatsApp”da yeni funksiya

  • 13.04.2024 - 17:56
image

Tokayev Ermənistana gedir 

  • 13.04.2024 - 11:45
image

Roberto Kavalli vəfat etdi

  • 13.04.2024 - 11:14