Cümə, 19 Aprel

Paşinyan Bakı ilə razılaşır, 102-ci bazanı isə qovacaq - Camalyan

image

Rusiyanın son anda müharibəyə müdaxiləsi Qarabağın yekun itkisinin qarşısını aldı.

Xəbər verilir ki, bunu erməni hərbi ekspert David Camalyan deyib.

“İndi Rusiya faktoru prinsipial əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, hakimiyyət və onların sahibləri antirusiya kampaniyası başlayıblar. Rusiyanın ünvanına ittihamlar səsləndirilir, guya o, dəhlizi vermək istəyir. Bütün oxşar bəyanatlar əsassızdır. Rusiyaya bu, sərfəli deyil. Bunu geopolitikadan azca da olsa başı çıxan hər kəs başa düşür”, – deyə o bildirib.

Ekspert Paşinyanın sülh razılaşmasını imzaladıqdan sonra növbəti addımının Rusiya hərbi bazalarının Ermənistandan çıxarılması olacağını söyləyib:

“Türklərlə dostlaşdıqdan sonra bazanın mənası qalmır. Ermənistan Rusiya faktoru ilə bağlı hesablaşmaya bilməz. Zəngəzurun itirilməsinin qarşısını indi Rusiya alır. Paşinyan istənilən qiymət hesabına onu hakimiyyətə gətirən səbəbi yerinə yetirəcək. Əgər ölkənin başında əraziləri verməyə cəhd edən şəxslər olsa, müttəfiqinə nə qədər ümid etsən də, o heç nə edə bilməz”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28