Çərşənbə axşamı, 21 Sentyabr

Ermənistan özünü ərzaqla təmin edə bilmir

image

Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərin kənd təsərrüfatı dövriyyəsində olan torpaqlarının sahəsi 315 milyon hektar təşkil edir və bu ölkələrin istehlak bazarı 183 milyon insanı əhatə edir. Həmin ölkələr sırasında umumdaxili məhsulda aqrar sahənin payının ən çox olduğu Ermənistan özünü ərzaqla təmin etmək göstəricisi üzrə axırıncı pillədədir.

Sözügedən parametrlərin müqayisəsi üzrə Avrasiya İqtisadi İttifaqında liderlik Belarusa məxsusdur. Ümumdaxili məhsulun həcmində aqrar sahənin payına 8% düşən Belarus özünün ərzaq tələbatını daxili istehsal hesabına təxminən 90% civarında təmin edir. Bu göstərici üzrə ikinci və üçüncü yerləri Rusiya ilə Qazaxıstan tuturlar. Ermənistan isə təqribən 73%-lik göstərici ilə sonuncu yerdə qərarlaşıb. Cari ilin birinci yarısında kənd təsərrüfatının inkişafı baxımından İttifaq ölkələri arasında 6,4%-lə ən yüksək göstəriciyə nail olmaq belə Ermənistanı autsayderlikdən xilas etməyib.

Bu ilin ilk 6 ayında ümumilikdə 33,7 milyard dollarlıq kənd təsərrüfatı məhsulunun istehsal olunduğu Avrasiya İqtisadi Birliyi bir sıra aqrar məhsulların ixracı üzrə dünyada liderdir. İttifaqa üzv dövlətlər hazırda buğdaya, bitki yağına, yumurtaya və şəkərə olan tələbatı daxili istehsal hesabına tam təmin edirllər. Gələcəkdə quş və donuz ətləri, süd, meyvə-tərəvəz məhsulları ilə bağlı 100%-lik özünütəminata nail olunacağı gözlənilir. Lakin ümumi istehsal sayəsində əldə ediləcək uğurda və onun bölüşdürülməsində ayrı-ayrı ölkələrin payı heç də bərabər olmayacaq.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İrem ölümdən döndü

  • 19.09.2021 - 19:17
image

20 milyonu rədd etdi

  • 19.09.2021 - 15:16