Çərşənbə axşamı, 21 Sentyabr

Rusiyalı senatordan ŞOK AÇIQLAMA: "Sülhməramlılar Qarabağda ehtiyac olduğu qədər qalacaqlar”

image

“Nə qədər ki, Qarabağda rus sülhməramlılarına ehtiyac var, onlar orada qalmalıdırlar”.

Xəbər verilir ki, bu fikirləri rusiyalı senator Andrey Klimov səsləndirib:

“Mən istəməzdim ki, Dağlıq Qarabağdakı mövcud vəziyyət yalnız Rusiyanın məsuliyyəti kimi qəbul olunsun. Çünki Dağlıq Qarabağdakı vəziyyət indi yaranmayıb, Sovet hökumətinin dağılmasından sonra ortaya çıxıb. Münaqişə zonasının tərəflərinin ikisi də MDB üzvüdür. Bu da nəzərə alınmalıdır. Rusiya Federasiyası öz sərhədləri yaxınlığında müharibənin olmasını istəmir və bu bir həqiqətdir. Bu gün Qarabağda praktiki olaraq heç bir müharibənin olmaması 99,9 faiz Moskvanın xidmətidir” – deyə Klimov vurğulayıb.

Andrey Klimov bildirib ki,  hazırda Qarabağ ərazisində özünü bizim soydaşımız hesab edən 1500-ə yaxın insan yaşayır. Müharibədən əvvəl isə bu rəqəm daha çox idi.

Rusiyalı senatorun sözlərinə görə, müharibədən sonrakı problemləri həll etmək lazımdır: “Bu problemlər içərisində ən vacibi mina sahələrinin təmizlənməsi və əsir götürülənlərin qaytarılması məsələsi dayanır. Ancaq Rusiyanın bu problemləri

Rusiya sülhməramlılarının Qarabağda qalma müddətinə toxunan Klimov, onların lazımı qədər  orada qalacağını deyib: “Sülhməramlılarımızın orada nə qədər qalacağını deyə bilmərəm. Ancaq düşünürəm ki, ehtiyac olduğu müddətdə orada qalmalıdırlar. Rusiya obyektiv olaraq sərhədlərində ə sülhün təmin olunmasında maraqlıdır” – senator fikirlərini tamamlayıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İrem ölümdən döndü

  • 19.09.2021 - 19:17
image

20 milyonu rədd etdi

  • 19.09.2021 - 15:16