Cümə axşamı, 25 Aprel

20% təhsil işçisi hələ də peyvənd olunmayıb - Nazirlik hara baxır?

image

"Sentyabrın 22-dən ibtidai, 29-dan bütün təhsil müəssisələrində tədrisin açılması planlaşdırılır. Bəzi hallarda peyvənd məntəqələrində sıxlıq müşahidə edilir. Bununla bağlı Bakıda insanların sıx yaşadığı yerlərdə təhsil işçiləri üçün 5 peyvənd məntəqəsi yaratmışıq".

Məlumata görə, bunu jurnalistlərə açıqlamasında təhsil nazirinin müşaviri Rüstəm Ağayev bildirib.

Onun sözlərinə görə, təhsil işçilərinin demək olar ki, 82-83 faizdən çoxu peyvənd olunub: "Proses daha da sürətli gedir. Ümid edirəm ki, yaxın həftələrdə vaksinasiya olunan təhsil işçilərinin sayı daha da artacaq. 2020-2021-ci tədris ili başlayanda pandemiya ilə əlaqədar müəyyən işlər görülmüşdü. Bunlar məsafənin qorunması, təhsil müəssisənə gələn şəxslərin qızdırmasının ölçülməsi, xüsusi izolyasiya otaqlarının yaradılması və s.-dir. Bu işlər bu il də davam edəcək”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33