Cümə axşamı, 18 Aprel

Ermənistan parlamenti Qarabağ adından imtina etdi 

image

Ermənistan parlamenti sentyabrın 13-də müxalif Hayastan fraksiyasının “xarici əlaqələr” komissiyasının adının dəyişdirilərək “xarici əlaqələr və Artsax (Qarabağ-red) məsələləri” üzrə komissiya edilməsi barədə təklifini qəbul etməyib

Xəbər verilir ki, Milli Məclisdə mütləq çoxluğa malik hakim “Vətəndaş müqaviləsi” partiyası səsvermədə iştirak etməyib. Bundan bir neçə gün əvvəl dövlət-hüquq məsələləri daimi komissiyası bu təkliflə bağlı mənfi rəy vermişdi.

Həmin komissiyanın sədri Vladimir Vardanyan sentyabrın 13-də təkrarən bildirib ki, komissiyanın adının dəyişdirilməsi Ermənistan və Dağlıq Qarabağın qarşısında dayanan problemləri həll etmir: “Təklif olunan qərar layihəsinin bir hissəsi Ermənistan və Artsax (Qarabağ-red) parlamentləri arasında razılaşma əsasında yaradılmış bu komissiyanın səlahiyyətlərinə aid idi”.

Keçmiş prezident Robert Koçaryanın Hayastan fraksiyasından millət vəkili Armen Rustamyan deyib ki, hakimiyyətin Qarabağdan ümumiyyətlə imtina etmək niyyətinin olmasına əsaslı şübhələr yaranıb: “2020-ci ildə Artsax (Qarabağ-red) Respublikasının yeni milli məclisinin seçilməsindən bəri bu komissiyanın çərçivəsində bircə iclas da çağırılmayıb, yəni bunun ardınca siz bu komissiyaların yaradılması ideyasını, ümumiyyətlə Artsax (Qarabağ-red) adını rədd edirsiniz və deyirsiniz ki, bu reallığa uyğun deyil”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28
image

Yunanıstanda zəlzələ oldu

  • 14.04.2024 - 14:37
image

DİM bu gün imtahan keçirir

  • 14.04.2024 - 10:55
image

“WhatsApp”da yeni funksiya

  • 13.04.2024 - 17:56