Cümə, 29 Mart

Cinsini dəyişən fenomen boşandı - Məhkəmə 15 dəqiqə çəkdi - FOTO

image

Cinsiyyətini dəyişib qadın olan, özünə dəbdəbəli toy məclisi qurub tanınmış futbolçu Gökhan Çırayla evlənən sosial şəbəkə fenomeni Selin Ciğərci boşanma xəbəri ilə bağlı danışıb.

Xəbər verilir ki, Selin telefonla bağlandığı “İkinci sayfa” verilişinə maraqlı açıqlama verib.

O, “Səhər bir-birimizə “Sabahın xeyir, sevgilim” mesajını göndərdik və günorta boşanmaq qərarına gəldik" - deyərək hər kəsi təəccübləndirib.

2019-cu ildə Selin Ciğərci və Gökhan Çıra ötən həftə cəmi 15 dəqiqə çəkən məhkəmə prosesi ilə boşanıblar.

Ciğərci boşanmanı ərinin aqressivliyi ilə əlaqələndirib:

“Səhər oyanırıq, eyni evdəyik, daha sonra eyni iş yerindəyik, axşamsa yenə eyni evdə. İşlə bağlı bir şey olur, problemlər yığılır. Bu cür xoşagəlməz hallar şəxsi həyata da təsir edir. Boşanan ilk adam mən deyiləm. Gökhan bir qədər aqressiv adamdır, amma heç vaxt mənə qarşı şiddət göstərməyib. Bu onun xarakteridir. İlk tanışlığımız zamanı da əsəbi adam idi, işlə birgə bu hallar artdı və münasibətimizə təsir etdi”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45