Şənbə, 20 Aprel

“Qarabağda fırtına öncəsi sakitlikdir” - Aleksandr Şatilov

image

"Dağlıq Qarabağdakı vəziyyət, fırtına öncəsi sakitlikdir".

Xəbər verilir ki, bunu IRNA agentliyinə müsahibəsində Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin Sosial Elmlər və Kütləvi Kommunikasiyalar fakültəsinin dekanı Aleksandr Şatilov bildirib.

Rusiyalı politoloq Azərbaycan Respublikası ilə Ermənistan arasında Cənubi Qafqazda atəşkəs sazişinin gələcək perspektivləri ilə bağlı suala cavab olaraq deyib:

"Hazırda Dağlıq Qarabağda vəziyyət bir qədər sabitdir. Amma bölgə hələ də münaqişə zonası hesab olunur, çünki nə Azərbaycan, nə də Ermənistan mövcud vəziyyətin prinsipləri ilə razılaşır. Bu iki ölkənin hər birinin bütövlükdə Dağlıq Qarabağa iddiası var".

"Türkiyə Qarabağı tamamilə Azərbaycanın yurisdiksiyasına qaytarmaq üçün fəal şəkildə Bakını İrəvana təzyiqləri davam etdirməyə təşviq edir. Bu məsələ ilə əlaqədar olaraq, çox şey Türkiyənin Azərbaycanı hərbi əməliyyatların davam etdirməyə nə qədər yönəlmək istəyib-istəməməsindən asılıdır", - deyə Şatilov vurğulayıb.

Politoloq bu münaqişədə Rusiyanın moderatorluq etdiyini bildirib:

"Moskvanın Ermənistanla yaxşı münasibətləri var, həmçinin hərbi əməliyyatlar halında qarşılıqlı dəstək haqqında müqavilə imzalanıb. Eyni zamanda, Rusiyanın Azərbaycanla və Azərbaycan diasporu ilə yaxın və tarixi siyasi əlaqələri var. Rusiyadakı Azərbaycan diasporunun əhalisi bir neçə yüz min nəfərdir".

Şatilov əlavə edib: "Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində maraqlıdır. Burada, fikrimcə, çox şey Türkiyədən və Ərdoğanı Cənubi Qafqazda daha fəal hərəkətlərə sövq edən Vaşinqtondan asılıdır. Hələlik vəziyyət sabitdir, amma mənə elə gəlir ki, bu, fırtına öncəsi sakitlikdir".

"Düşünürəm ki, Moskva Türkiyənin Cənubi Qafqaz bölgəsindəki roluna təsir göstərmək üçün müəyyən diplomatik addımlar atacaq", - deyə Aleksandr Şatilov vurğulayıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20