Cümə, 29 Mart

“Allah kəssin belə qardaşlığı“ - Deputatdan İrana etiraz

image

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl Azərbaycan XİN tərəfindən İran qeydiyyat nişanlı avtomobillərin, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycanın Qarabağ bölgəsinə tikinti materialları, yanacaq və qida məhsulları daşımasına görə qonşu ölkəyə nota verilmişdi. Buna baxmayaraq, İran tərəfi öz qeyri-adekvat addımında əl çəkmir və bölgəyə öz “yardımlarını” göstərir.

Xəbər verilir ki, mövzu ilə bağlı Yenisabah.az saytına açıqlama verən Milli Məclisin deputatı Elman Məmmədov bildirib ki, İran tarix boyu Azərbaycanın güclənməsini istəməyib:

“İranı idarə edən molla rejimi, tarixin heç bir dövründə güclü və inkişaf etmiş bir Azərbaycan dövləti görmək istəməyiblər. Burada söhbət İran xalqından getmir. Həmin xalq bizə dost xalqdır və onların içərisində bizim 40 milyona yaxın soydaşlarımız yaşayır. Burada söhbət İran-fars rejimindən gedir. İranın Azərbaycanı sevməməsinin əsas səbəbləridən biri mənə görə budur.”

Milli Məclisin deputatı qeyd edib ki, 30 il ərzində torpaqlarımız işğal altında qaldığı müddətdə də İran öz hərəkətləriylə, o vaxt dediklərini təkzib elədi:

“İran hər zaman çalışdı ki, Azərbaycan ərazilərinin işğal altında qalması davam eləsin. Ermənistan, Azərbaycandan güclü olsun, Azərbaycan ərazilərində separatçı qurum hər zaman öz mövcudiyyətini qorusun. İran bütün hərəkətləriylə bunu sübut elədi.”

“Nə qədər ki, ərazilərimiz işğal altındaydı, orada 100 minlərlə evlərimiz, nə qədər müxtəlif müəssisələr, məktəblər və s. sökülüb, dağıdılıb və daşınılıb. İndi suall verirəm ki, Ermənistanda 30 ildə hansısa bir inkişaf olmayıb. Demək bu tikinti materialları Ermənistana getməyib. Gürcüstan da, Türkiyə də aparmayıb. Görəsən kim aparıb, bunları kim daşıyıb? 30 il ərzində Azərbaycanın işğal altında olan ərazilərində bütün nələr var idisə, onlar ermənilərə dağıdılıb, İrana daşıtdırıldı. Budur İranın bizə olan mövqeyi.” – deyə Elman Məmmədov qeyd edib.

Deputat bildirib ki, İran, Azərbaycanın 44 günlük müharibədəki qələbəsini heç cür həzm edə bilmir:

“Buna görə də Azərbaycan qanunlarını pozaraq, qeyri-qanuni yollarla sülhməramlılarla, Ermənistanla əlbir olaraq, bu gün Azərbaycan ərazisində mövcudluğu müvəqqəti olaraq qalan separatçı-quldur rejiminə yardım göstərir, yanacaq göndərir, ərzaq göndərir. Bəlkə də silah-sursat göndərir.”

“Axı sən hansı haqla, hüquqi əsaslarla, mənəviyyatla mənim sərhədimi pozub, ərazimdə mövcud olan qeyri-qanuni silah rejimə və onun quldurlarına sən yardım göstərirsən?!

Budur sənin İslam həmrəyliyin, qonşuluğun, dostluğun, qardaşlığın?! Allah kəssin belə dostluğu da, qardaşlığı da!” – deyə deputat Elman Məmmədov əlavə edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45