Cümə, 03 May

Ramiz Göyüşov YAP-dan çıxarılıb - YENİLƏNİB

image

YAP Binəqədi rayon təşkilatının sabiq sədri Ramiz Göyüşov partiyadan xaric edilib.

Məlumata görə, bu barədə qərar YAP İdarə Heyətinin bu gün keçirilən iclasında qəbul edilib.

15.00

Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iclası keçirilir.

Məlumata görə, iclasın gündəliyinə YAP Binəqədi rayon təşkilatının keçmiş sədri Ramiz Göyüşovun partiyadan xaric edilməsi məsələsinə baxılır.

İclasın gündəliyinə YAP-ın Bakı rayon təşkilatının sədrlərinin təyinatı məsələsi də daxildir.

***

07.58

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iclası keçiriləcək.

Məlumata görə, iclasın gündəliyinə YAP Binəqədi rayon təşkilatının keçmiş sədri Ramiz Göyüşovun YAP-dan xaric edilməsi məsələsi daxil edilib.

İclasda YAP Binəqədi rayon təşkilatının yeni sədrinin təyinatı məsələsinə də baxılacaq.

Qeyd edək ki, Ramiz Göyüşovun sosial şəbəkələrdə qeyri-əxlaqi videoları yayılıb.

YAP-dan bildirilib ki, Ramiz Göyüşovun YAP Binəqədi rayon təşkilatının sədri kimi səlahiyyətlərinə cari ilin 30 iyun tarixində keçirilmiş hesabat konfransında xitam verilib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15