Çərşənbə axşamı, 16 Aprel

“Azerçay” yeni reklam çarxıyla doğmalıq bəxş edir — VİDEO

image

Azərbaycanın ilk milli çay markası olan “Azerçay” yeni reklam çarxını təqdim edib. Uzun illərdir istehlakçıların sevgisini qazanan və üzərindəki “Made in Azerbaijan” yazısı ilə dünyanın 40-dan artıq ölkəsində Vətənimizi layiqincə təmsil edən milli markamızın reklam çarxı sevilən xalq və əməkdar artistlərimizin iştirakı ilə ərsəyə gəlib.

Ölkəmizin cənub bölgələrində yetişdirilən 100% təbii çaydan hazırlanan “Azerçay” yeni reklam çarxında Vətən Müharibəsinə geniş yer ayırmaqla, doğma torpaqlarımıza növbəti dəfə bağlılığını ifadə edib. 

Bundan əlavə. Azərbaycanın çay ənənələrini özündə əks etdirən reklam çarxında, istər şəhər, istər kənd həyatı əks olunub və “Azerçay”ın yaşından, yaşadığı mühitdən asılı olmayaraq hər kəsin ağız dadına uyğunluğu vurğulanıb. Azərbaycanın milli musiqi alətlərindən istifadə olunaraq təqdim olunan çarxda musiqi ilə görüntünün vəhdət təşkil etdiyini, milli ornamentlərin də bu vəhtədə əlavə naxış kimi toxunduğunu görmək mümkündür.  Doğma çay “Azerçay”ın illərdir “Qarabağ FK”a dəstəyi, futbol klubumuzun Azərbaycanı dünya arenasında layiqincə təmsil etdiyi əks olunub. 

Qeyd edək ki, “Azerçay” markası üçün çay əkinçiliyi ilə məşğul olan fermerlərdən məhsulu yüksək qiymətə satın alaraq, onların fəaliyyətinə öz dəstəyini verir. Ümumilikdə, 4 min insanın məşğulluğunun təmin edilməsi ilə yetişdirilən çay fabriklər tərəfindən təhvil alınır ki, nəticədə insanların sosial-rifah halının yüksəldilməsinə mühüm dəstək verilir.

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28
image

Yunanıstanda zəlzələ oldu

  • 14.04.2024 - 14:37
image

DİM bu gün imtahan keçirir

  • 14.04.2024 - 10:55
image

“WhatsApp”da yeni funksiya

  • 13.04.2024 - 17:56
image

Tokayev Ermənistana gedir 

  • 13.04.2024 - 11:45
image

Roberto Kavalli vəfat etdi

  • 13.04.2024 - 11:14