Çərşənbə axşamı, 21 Sentyabr

Baba Rzayevin adı 800 min manatlıq məhkəmə qalmaqalında

image

"Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) prezidenti Baba Rzayevin qardaşı Emin Rzayevin adının hallandığı qalmaqalla bağlı məhkəmə iddiası qaldırılıb. 

Söhbət Mingəçevir İstilik Elektrik Stansiyasının (İES) təmiri ilə əlaqədar yaranmış qalmaqaldan gedir. 

İyun ayında Mingəçevirdən olan iş adamları Nicat Həsənov və Rəşad Şirinov Prezident İlham Əliyevə ünvanladıqları müraciətdə bildirirdilər ki, onlar  "Yapsan” MMC olaraq 2018-ci ilin oktyabrında Azərbaycanın ən böyük istilik-elektrik stansiyası olan Mingəçevir İES-in təmirində subpodratçı olaraq fəaliyyət göstəriblər. 

Podratçı şirkət isə "Elektro İndustries" Qapalı Səhmdar Cəmiyyəti (QSC) olub. 

"2018-ci ilin oktyabr ayından 2019-cu ilin aprel ayına qədər, mən Şirinov Rəşad və "YAPSAN” MMC Azərbaycan İstilik Elektrik Stansiyasıında "Elektro İndustries” QSC ilə ümumilikdə 2.631.628,87 manatlıq müqavilə bağlamışıq. 

Bunun müqabilində gördüyüm işlər üçün bir milyon manatadək avans köçürülüb. Lakin həmin 7 ay müddətində boya işlərindən qeyri-rəsmi olaraq 800.000 manatdan çox iş görmüşəm. Şirkətimin də blok olunmağı, sanksiya qoyulmağı və ümumi olaraq sahibkar kimi dəymiş ziyanın ödənməsini tələb edirəm. Müqavilənin uzanma müddəti "Elektro İndustries” QSC-nin rəhbər heyətinin səhlənkarlığı ucbatından olub”, - meraciətdə qeyd olunurdu.

İş adamlarının dediklərindən belə anlaşılırdı ki, onların pulunu podratçı "Elektro İndustries” QSC ödəmir. Bu qanunsuzluğun arxasında isə Baba Rzayevin qardaşı Emin Rzayev dayanır.

"Yapsan” MMC artıq bu işlə bağlı məhkəmədə iddia qaldırıb. Cavabdeh tərəf kimi "Elektro İndustries” QSC göstərilib. 

İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Zeynəb Axundovanın icraatındadır. Açıq mənbələrdə məhkəmə çəkişməsinin səbəbi kimi podrat müqaviləsi üzrə mübahisələr göstərilib. 

"Elektro İndustries” QSC 21 oktyabr 2010-cu ildə qeydiyyata alınıb. 

Nizamnamə kapitalı 2000 AZN olan QSC-nin qanuni təmsilçisi Qarayev Natiq Yaqub oğludur.

Şirkətin əsas sahibi isə Rəşad Əhmədovdur. O, həm də İcbari Tibbi Sığorta Bürosunun icraçı direktorudur. 

Bəzi iddialara görə, əslində şirkət Baba Rzayevə məxsusdur. Sadəcə idarə edilməsi Rəşad Əhmədova tapşırlıb.

Rəşad Əhmədov tərəfindən təsis edilən başqa bir şirkətin - "Azconstruction” QSC-nin 2016-2019-cu illərdə təkcə "Azərişıq” ASC-dən ümumi məbləği 133,2 milyon manat dəyərində sifarişlər alması da onunla Baba Rzayev arasında hansısa biznes ortaqlığının olmasına şübhələri artırır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İrem ölümdən döndü

  • 19.09.2021 - 19:17
image

20 milyonu rədd etdi

  • 19.09.2021 - 15:16