Cümə, 03 May

Qarabağda ermənilərin 58 hədəfini məhv edən Su-25 təyyarəsi 

image

Türkiyənin Konya şəhərində keçirilən “TurAz Şahini – 2021” birgə taktiki-uçuş təlimləri davam edir.

Xəbər verilir ki, Azərbaycanla Türkiyənin birgə keçirdiyi təlimlərdə aviasiya qüvvələri Hava Hücumundan Müdafiə Sistemi və digər yerüstü hədəfləri məhv edib.

Təlimlərdə Azərbaycanın Su-25, MiQ-29 və Türkiyənin F-16 təyyarələri iştirak edib.

Diqqətçəkən məqamlardan biri Azərbaycanın Su-25 hücum təyyarələrinin gövdə hissəsinə vurulan xüsusi işarələrlə bağlıdır. Belə ki, Müdafiə Nazirliyinin təlimlərdən yaydığı fotolarda təyyarələrdən birində 58 dənə qırmızı səkkizgüşəli ulduz çəkilib. Daha bir Su-25 təyyarəsində isə həmin ulduzların sayı 38-dir.

Hesab olunur ki, ulduzlar Vətən Müharibəsi zamanı həmin təyyarələrin Qarabağda məhv etdiyi Ermənistan ordusuna məxsus zirehli texnika və zenit-raket komplekslərinin sayını göstərir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15