Çərşənbə, 17 Aprel

Azərbaycanda 13 və 15 yaşlı qızların ölümünün TƏFƏRRÜATLARI - VİDEO

image

Ötən gün Ağdaşda 2 yeniyetmə qızın su kanalında boğularaq ölməsi müzakirələrə səbəb olub. Yaxınları onların intihar etməsinə inanmır.

Xəbər verilir ki, Ağdaş rayonu ərazisindən keçən suvarma kanalında 15 yaşlı Niftəliyeva Arifə Ceyhun qızı və 13 yaşlı Usubova Fatimə Ədalət qızı boğulub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Həyata keçirilən axtarış tədbirləri nəticəsində Arifə və Fatimənin meyitləri tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Yeniyetmələrin intihar edib etməməsini onların yaxınları da bilmir.Fatimənin dayısı Vüsal Zeynalov deyir ki, bacısı qızı hətta məktəbə hazırlıq işlərini də görüb.

Baş Prokurorluqdan isə bildirilib ki, sentyabrın 6-da saat 13 radələrində Ağdaş şəhərinin İstiqlal küçəsindən keçən Ləki kanalında 2 nəfərin meyitinin aşkar edilməsi barədə Ağdaş rayon prokurorluğuna məlumat daxil olub.Faktla bağlı rayon prokurorluğunda özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanıb.

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28
image

Yunanıstanda zəlzələ oldu

  • 14.04.2024 - 14:37
image

DİM bu gün imtahan keçirir

  • 14.04.2024 - 10:55
image

“WhatsApp”da yeni funksiya

  • 13.04.2024 - 17:56
image

Tokayev Ermənistana gedir 

  • 13.04.2024 - 11:45
image

Roberto Kavalli vəfat etdi

  • 13.04.2024 - 11:14