Cümə, 03 May

Azərbaycan antiterror əməliyyatına hazırlaşır?

image

Hakimiyyətə yaxın təhlil mərkəzi kimi fəaliyyət göstərən BMTM sədri Fərid Şəfiyev verdiyi açıqlamasında rəsmi Bakının indiyədək rus “sülhməramlı”larına mandat verməməsinin səbəbinə aydınlıq gətirib.

Mərkəz sədri bildirib ki, Rusiya Laçın dəhlizini Azərbaycanın suveren ərazisi kimi tanımaq istəmir, bu da istər-istəməz tərəflərin ümumi razılığa gəlməsinə imkan vermir: "Burada söhbət Laçın dəhlizi və beynəlxalq təşkilatların Azərbayacanın suveren ərazilərində fəaliyyətindən və bir sıra başqa məsələlərdən gedir. Məndə olan məlumata əsasən deyə bilərəm ki, Rusiya bu təklifləri qəbul eləmir”.

F.Şəfiyevin fikrindən belə anlaşılır ki, 10 aydır davam edər müzakirələrdən hələ bir nəticə olmayıb.Son zamanlar Rusiyanın açıq-aşkar Ermənistanı dəstəkləməsi, “sülhməramlı” kontingentin komandiri Rüstəm Muradovun düşmən dövlətin Müdafiə naziri qarşısında Qarabağla bağlı hesabat verməsi də deyilənləri təsdiqləyir.

Rusiyanın ATƏT-in Minsk qrupundakı yeni həmsədrinin İrəvana səfər etməsi də rəsmi Bakının Qarabağ üzərindəki suverenlik iddialarına qarşı çıxmaqdan başqa bir şey deyil. Bundan əvvəl isə Rusiyanın Ermənistan ordusunu yenidən silahlandırması barədə qərar qəbul etməsi, ölkənin Xarici İşlər naziri Sergey Lavrovun Azərbaycanın suverenliyi əleyhinə verdiyi açıqlamalar da müzakirələrin dalana dirənməsindən xəbər verir. Üstəlik, Rusiya açıq-aşkar təhdidedici mesajlarla Azərbaycana təzyiq göstərir. Görünür, bıçağın sümüyə dayandığını nəzərə alan Azərbaycan və Türkiyə də Laçında hərbi təlimlər keçirərək, Rusiyanın bu təzyiqlərinə cavab verirlər.

Mesaj isə “Azərbaycanın suverenlik haqları bəhs mövzusu olarsa, Laçın uğrunda yenidən müharibəyə başlaya bilərik” fikrini ehtiva edir. Nəzərə alsaq ki, ötən il 44 günlük müharibədən əvvəl də Azərbaycan və Türkiyə hərbi təlimlər keçirmiş və müxtəlif manevrlərlə İrəvana bəzi mesajlar vermişdi. Bu mesajı doğru anlamayan İrəvan Azərbaycana hücumla cavab verincə isə döyüş qaçılmaz olmuşdu. Laçında keçirilən son təlimlər də antiterror əməliyyatına başlamaq planının tərkib hissəsi ola bilər.

Erməni mənbələrinin son dəqiqə məlumatına görə, hazırda Əskəranda bütün işıqlar sönüb və Şuşa istiqamətində güclü atışma səsləri eşidilir. Mümkündür ki, Azərbaycan ordusu antiterror əməliyyatına artıq başlayıb. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15