Bazar, 05 May

Taliban Merkeli Əfqanıstana dəvət etdi: Bizdə xüsusi yeriniz var

image

Taliban Almaniya Kansleri Angela Merkeli Əfqanıstana dəvət edib.

Xəbər verilir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.

“Almaniyanın Əfqanıstanla tarixi və yaxşı münasibətləri var. Almaniya ilə güclü və rəsmi diplomatik əlaqələr qurmaq istəyirik”, – Taliban sözçüsü Zabihullah Mücahid qəzetə açıqlamasında qeyd edib.

Mücahid Almaniya hökumətinin yeni hökumətlə mümkün olan ən yaxşı diplomatik əlaqəyə sahib olmasını istədiyini vurğulayıb.

“Bild” müxbirinin, “Almaniya Kansleri Angela Merkeli Əfqanıstanda səmimi qarşılayardınızmı?” sualına Mücahid suala belə cavab verib:

“Əlbəttə. Əfqanıstanda dünyanın bütün ölkələri tərəfindən qəbul ediləcək və dünya liderlərinin inanacağı güclü və təhlükəsiz mühit istəyirik. Gəlməli və ölkəmizə baş çəkməlidirlər. Angela Merkelin mütləq xüsusi yeri olardı. Onu ölkəmizdə məmnuniyyətlə qarşılayardıq”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15