Cümə, 03 May

“Ermənistan yeni əraziləri güzəştə gedəcək” - Zakaryan

image

“Delimitasiya və demarkasiya iki qonşu dövlətin mövcud vəziyyəti qiymətləndirməsi və buna ehtiyac olduğu qənaətinə gəlməsi fonunda baş verir”.

Xəbər verilir ki, bu fikirləri Ermənistan müdafiə nazirinin sabiq müavini Artak Zakaryan səsləndirib. O bildirib ki, delimitasiya və demarkasiya prosesinin yeni müharibə riski yaradacağı istisna deyil və buna zəmanət yoxdur.

Zakaryan bu proses nəticəsində yeni ərazi güzəştlərinin olacağını da istisna etməyib: “Bu vəziyyətdə kapitulyatorun rəhbərliyi altında delimitasiya və demarkasiya prosesinin həyata keçirilməsi o deməkdir ki,  qarşı tərəf tələblər irəli sürür, Ermənistan isə ya manevr etməyə, ya da Azərbaycanın tələblərini yerinə yetirməyə çalışır. Həmçinin Ermənistan tərəfi yeni əraziləri də güzəştə gedə bilər” – Zakaryan fikirlərini tamamlayıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15