Cümə axşamı, 18 Aprel

Misir 8 xarici və 2 yerli vətəndaşı buna görə edam edəcək

image

Misir məhkəməsi külli miqdarda narkotik maddələrin qaçaqmalçılığına görə Pakistanın 7 vətəndaşı, 2 misirli və İran vətəndaşı barəsində ölüm hökmü çıxarıb.

Xəbər verilir ki, onlar 2019-cu ildə Qırmızı dəniz vasitəsilə Misir ərazisinə 2 ton heroin və 100 kq metanfetamin keçirməyə cəhd göstəriblər. Onların gəmisi sərhədçilər tərəfindən saxlanılıb. Gəminin saxlanc yerindən həmin narkotik maddələr aşkarlanıb. Narkotik maddələrin ümumi dəyəri 160 milyon dollar təşkil edib.

Qeyd edək ki, Çin və İrandan sonra Misir edam hökmlərinin çıxarılmasına görə dünyada üçüncü yerdədir. 2021-ci ilin əvvəlindən Misirdə aralarında qadınlar da olmaqla 51 nəfər edam olunub. Bu hökmün icrası üçün Misirin baş müftisinin fətvası da tələb edilir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28
image

Yunanıstanda zəlzələ oldu

  • 14.04.2024 - 14:37
image

DİM bu gün imtahan keçirir

  • 14.04.2024 - 10:55
image

“WhatsApp”da yeni funksiya

  • 13.04.2024 - 17:56