Çərşənbə, 15 May

Rəşad Sadıqov danışdı: “Onlar təhlükəlidirlər“

image

“Səbail” çempionatın son turlarda ən yaxşı oyun nümayiş etdirən komandalarından biridir”.

Xəbər verilir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib.

O, aprelin 4-də “Səbail”lə keçiriləcək Premyer Liqa qarşılaşması barədə fikirlərini sportinfo.az-la bölüşüb. Gənc mütəxəssis “dənizçilər”in kifayət qədər çətin rəqib olduğunu, bu üzdən matçın kifayət qədər gərgin keçəcəyini söyləyib:

“Onlara qarşı oynamaq həmişə çətindir. Ötən tur “Neftçi”yə uduzmaqlarına baxmayaraq, çox inamlı oyunları ilə yadda qaldılar.

“Səbail” xüsusən evdə daha təhlükəlidir. Burada hamı çətinlik çəkir. Gəlin, süni meydança amilini də nəzərə alaq. Ciddi hazırlaşırıq. Həm psixoloji, həm də taktiki və fiziki cəhətdən”.

 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00