Bazar ertəsi, 13 May

Balakəndə yol qəzası: Bir ailənin üç üzvü xəsarət aldı

image

Balakən rayonunda yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb.

Xəbər verilir ki, Yevlax rayon sakini Nazim Hüseynovun idarə etdiyi iritonnajlı yük maşını ilə Balakən rayon Talalar kənd sakini 40 yaşlı Ceyhun Orucovun idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri olan “VAZ 2107” markalı avtomobilin sürücüsü C.Orocov avtomobildə sərnişin qismində olan sürücünün həyat yoldaşı 29 yaşlı Gülşən Orucova və onların 7 yaşlı övladı Onur Orucov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Yaralılardan C.Orucovun və G.Orucovanın müalicəsi xəstəxanada davam etdirilir. O.Orucovun xəsarəti yüngül olduğundan ona ilkin yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00
image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44