Şənbə, 20 Aprel

Daha 7 restoranda pozuntular aşkarlandı

image

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.

AQTA-dan verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il sentyabrın 2-də ölkə üzrə 401 ictimai iaşə obyektində 678 monitorinq keçirilib. Monitorinqlər zamanı 7 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Xətai ‎rayonu, Xocalı prospekti 20 ünvanında yerləşən, fiziki şəxs Əyubova Aidə Ələkbər qızına məxsus “Coffeelea” kafesi;

2. Bakı şəhəri, Binəqədi ‎‎rayonu, S. Axundov küçəsi 3G ünvanında yerləşən, fiziki şəxs İsayev Rafiq İsaxan oğluna məxsus kafe;

3. Bakı şəhəri, Səbail ‎rayonu, Salyan şosesində yerləşən, hüquqi şəxs "Sabir-98" MMM-ə məxsus restoran;

4. Bakı şəhəri, Yasamal ‎rayonu, Cabbar Qaryağdıoğlu küç., ev 67 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Elvin Arif oğluna məxsus “Ice” kafesi;

5. Bakı şəhəri, Xətai ‎rayonu, 8 Noyabr pr.14, Hərbi Qənimətlər Parkının yanında yerləşən, hüquqi şəxs "East Taun" MMC-yə məxsus restoran;

6. Bakı şəhəri, Yasamal ‎rayonu, İzmir küçəsi 6 ünvanında yerləşən, hüquqi şəxs "Baku Hotel Company" şirkətinə məxsus restoran;

7. Qax rayonu, Qaxbaş kəndində yerləşən, fiziki şəxs Hüseynova Ətir Mehmandar qızına məxsus kafe.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20