Cümə, 19 Aprel

Ermənilər niyə müharibə arzulayır?

image

Son günlər erməni siyasətçiləri arasında müharibə ritorikası ilə danışanların sayı artıb. Ermənistanın eks-prezidenti Serj Sarkisyan da müharibə arzulayanlar sırasındadır. O, yerli mətbuat orqanlarından birinə verdiyi müsahibədə “Bu dəfə müharibə olsa, Azərbaycana qalib gəlmək olar” ifadəsini işlədib.

Ermənilər niyə müharibə arzulayır? Düşmən ölkə Azərbaycanla hərb meydanında yenidən üz-üzə gəlmək potensialına sahibdirmi?

Milli Məclisin üzvü Aydın Mirzəzadə mövzuyla bağlı danışıb. O, Azərbaycan Ordusunun 44 gün müddətində Ermənistana yerini göstərdiyini qeyd edib:

“Siyasətçilər hər zaman qədim tarixə malik ölkə olduqlarını, dünya üzərində ərazilərin böyük bir hissəsinin onlara məxsusluğunu erməni toplumunun beyninə yeridiblər. Hələ də bu istiqamətdə güclü təbliğat aparırlar. Lakin bu təbliğatın heç bir əsası yoxdur. Ermənistan toplumu çox təəssüf ki, həmin əhval-ruhiyyə ilə formalaşıb. Qarabağ müharibəsi, Türkiyə iddiaları da bundan irəli gələn məsələdir. Reallıqda isə hər kəs bilir ki, Azərbaycan Ermənistanın konkret cavabını verdi və onlara yerlərini göstərdi.

Ermənistan cəmiyyəti isə köhnə ab-havadan ayıla bilmir. Onlar hesab edir ki, hansısa bir dahi gəlib onların arzularını həyata keçirəcək”.

Deputat Ermənistanın keçmiş rəhbərləri haqqında da danışıb:

“Eks-prezidentlər Ermənistan cəmiyyətində olan nüfuzlarını itirməmək üçün guya müharibə olarsa yenidən qələbə qazanacaqlarını iddia edirlər.

Birincisi, müharibə qonşu ölkəyə qarşı keçirilir və bu beynəlxalq hüquqa ziddir. İkincisi isə hansı qüvvə, hansı büdcə ilə müharibə edəcəklər?

Onların əsgərləri nə uğrunda mübarizə aparacaq? Özləri də bilmir.

Ermənistan siyasi rəhbərliyində reallığı dərk etməyən, bu günkü və sonrakı problemlərin həlli üçün konkret plana malik olmayan insanlar var. Onlar köhnə ab-havadan ayılıb, qonşu dövlətlərlə əlaqələri yaxşılaşdırmağa çalışmalıdırlar. Əgər yenidən sərhədləri pozmağa cəhd edib, müxtəlif təxribatlara əl atsalar 44 günlük müharibədən qat-qat ağır cavablarını alacaqlar.

Son statistika Ermənistan əhalisinin kütləvi şəkildə ölkələrini tərk etdiyini göstərir. Orada yaşayan şəxslər belə gələcəyini, uğursuz layihə olan Ermənistan dövləti ilə bağlamaq istəmir”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28