Cümə, 19 Aprel

Hacıbala Abutalıbovun oğlu Seda Sayanın doğulduğu binanı satın aldı

image

Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbov Türkiyənin tanınmış müğənnisi Seda Sayanın doğulduğu evin binasını satın alıb.

Məlumata görə, sözügedən bina İstanbulun Yeşilköy bölgəsində yerləşir.

İsrafil Abutalıbov həmin binanı təmir etdirərək özünə ofis yeri seçib.

Hacıbala Abutalıbovun oğlunun Seda Sayanın sənətinin vurğunu olduğu deyilir.

Bundan əlavə, İsrafil Abutalıbovun xanımının çadralı geyimdə oğlunu İstanbulda məktəbə gətirib-aparması məktəb direktorunun etirazına səbəb olub. Əvəzində isə İsrafil Abutalıbov azyaşlı oğlununun təhsil aldığı həmin məktəbi tam təmir etdirib.

Qeyd edək ki, İsrafil Abutalıbov Türkiyədə Cənubi Azərbaycandan olan türk işadamı kimi “Abu Bəkir” adı ilə biznes fəaliyyətilə məşğul olur.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28