Şənbə, 20 Aprel

Aytən Səfərova ATV-dən getdi

image

Aparıcı Aytən Səfərova ATV telekanalı ilə yollarını ayırıb.

Məlumata görə, bu haqda o, açıqlamasında deyib. O bildirib ki, bir neçə kanaldan təklif alıb:

“6 il bu kanalda çalışmışam: həm xəbərlər departamentində, həm radioda. Müharibə vaxtında reytinqli bir verilişə aparıcılıq etmişəm. Proqramımda ən nüfuzlu şəxslər qonaq olublar. Hansı işdən yapışıramsa, öz adıma uyğun edirəm və yüksək səviyyədə aparmağa çalışıram. Son vaxtlar ATV-də xəbərlər departamentinin redaktoru idim.

Noyabrın 10-na keçən gecə ölkədə radio məkanında Qələbə xəbərini ilk verən spiker mən olmuşam. 106.3 və 106 FM-də eyni vaxtda bunu səsləndirdim.

Sadəcə, artıq ayrılmaq qərarına gəldim. Gəldiyim və getdiyim ATV arasında böyük fərq görürəm. Hesab edirəm ki, Aytən Səfərova başqa istiqamətə üz tutmalıdır. Kanaldan dost kimi ayrılmışam. Orada dostlarım, həmkarlarım çalışır. Hamısına uğurlar diləyirəm.

Rəsmən çıxmazdan əvvəl bəzi kanallardan təklif gəldi, bəzilərinə özüm müraciət etdim. Bir neçə qurumdan da təklif gəldi. Düşünürəm, qərar verməmişəm. Çalışıram radio və televiziyadan ayrı qalmayım. Yeni mövsümdə tamaşaçılarla görüşəcəm. Harada olsam da, yenə reytinqli layihə aparacam”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20