Çərşənbə axşamı, 21 Sentyabr

AzTV-də yeni təyinatlar - Rövşən Məmmədovun "qisas əməliyyatı"

image

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də (AzTV) kadr yerdəyişmələri davam edir.

Xəbər verilir ki, AzTV-nin İctimai-siyasi proqramlar və xarici xəbərlər studiyasının direktoru Sərvər Bayramov tutduğu vəzifədən azad edilib və televiziyanın İnformasiya Proqramları studiyasına direktor müavini vəzifəsinə gətirilib.

Sərvər Bayramovun yerinə isə telekanalın digər əməkdaşı Tofiq Abbas təyin edilib.

https://azadsoz.com/M0/1/2021/09/images/20210901_132020_1630488020_c91cee2f50.jpg

Həmin Tofiq Abbas ki, 1988-93-cü xalq hərəkatına qarşı çıxıb. Vaxtilə Lalə-Şövkətlə çox sıx münasibətləri olub. Yeri gəlmişkən, İranın sabiq prezidenti Mahmud Əhmədinejat nədənsə ancaq bu jurnalistə müsahibə verib. Uzun müddət İran pasportunu daşıyan Tofiq Abbası AzTV rəhbərliyi yaxşi analitik kimi qəbul edir.

Rövşən Məmmədov bu yerdəyişmələri ilə özünü düşdüyü vəziyyətdən çıxarmaq istəyir. AzTV əməkdaşlarının dediyi ehtimallardan biri budur ki, Rövşən Məmmədov efirdə son zamanlarda gedən siyasi səhvləri birbaşa Sərvər Bayramovun üzərinə yıxıb və administrasiyanın narazılıqlarını azaltmaq üçün onu Tofiq Abbasla əvəzləyib.

İctimai-siyasi Proqramlar Baş Studiyasının direktoru Mehriban Məmmədova ilə bağlı da əmr imzalanıb. Həmin əmrə əsasən M.Məmmədovanın rəhbərlik etdiyi baş studiya ləğv edilib və o, studiya direktoru kimi təsdiq edilib, xidməti maşını isə əlindən alınıb. Bununla da AzTV sədri Mehriban Məmmədovaya etibarsızlıq nümayiş etdirib. Sədrin əsas niyyəti Məmmədovanı oradan uzaqlaşdırmaqdır. Ona görə də onu “Xəbərlər”də bu şəkildə neytrallaşdırır.

https://azadsoz.com/M0/1/2021/09/images/20210901_132012_1630488012_6c8116159d.jpg

“Xəbərlər”də əsas funksiyanı Rövşən Məmmədovun adamı Vüsal Qaraca həyata keçirir.

Televiziyadan sızan məlumatları şərh edərkən belə bir nəticəyə gəlmək olur ki, ictimai siyasi redaksiyada metal yorğunluğu var. Verilişlərin saatı artırılıb və işçilər arasında ciddi narazılıq var.

Bu arada rejissor Natiq Abbasov işdən uzaqlaşdırılıb, Sahəddin Hüseynov da proseslərdən kənarda qalıb. AzTV-nin digər yazarı Elnur Hacalıyevə də güvənsizlik hökm sürür. “Həftə” verilişi demək olar ki, Malik Həsənov və Vüsal Məmmədovun üzərində qalıb.

Malik Həsənov hətta “Həftə” verilişində Rövşən Məmmədovun studiya sözlərini də yazdığından adam praktik olaraq yorulub.

Son 3 ildə 7 köməkçi dəyişən Rövşən Məmmədov eyni zamanda maaşların kəsilməsinə start verib və onu da belə izah edir ki, Maliyyə Nazirliyindən qonorarların kəsilməsi ilə bağlı təlimat verilib.

Bütün bu proseslərə Hesablama Palatasının apardığı yoxlamalardan sonra start verildiyi təsadüfi deyil. Belə ki, Rövşən Məmmədov yaxınlarına ciddi şəkildə bildirib ki, onu palataya “satanlar” gec-tez cəzalandırılacaq.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İrem ölümdən döndü

  • 19.09.2021 - 19:17
image

20 milyonu rədd etdi

  • 19.09.2021 - 15:16