Cümə, 03 May

“Füzulidən Cəbrayıla gedən yol minalardan təmizlənib” - ANAMA

image

Hazırda durduğumuz ərazi Füzulinin Qarğabazarı kəndidir. Burada Füzulidən Cəbrayıl rayonuna gedən yolun minalardan təmizlənməsini həyata keçiririk. Sahənin birinci mərhələsi (3.4 kilometr) artıq yekunlaşıb və istifadə üçün təhvil verilib. Orada artıq müəyyən işlər aparılır, yollar çəkilir.

Xəbər verilir ki, bunu Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) supervayzeri Natiq Əsədov deyib.

Onun sözlərinə görə, sözügedən sahənin ikinci hissəsinin uzunluğu 4.5 kilometrdir: "Eyni zamanda, bu sahədə 316 min kv/m olan yekun sahənin 289 mini təmizlənib və bu sahədə 174 ədəd partlamamış sursat tapılıb. Həmçinin, bu sahənin 3-cü mərhələsi də var. Bu isə Yal Pirəhmədli sahəsidir, onun da uzunluğu 4.5 kilometrdir. Bu sahə ümumi olaraq 390 min kv/m-dir. Burada da işlər yekunlaşmaq üzrədir. Təxminən bir həftə ərzində işləri başa çatdıracağıq".

Xatırladaq ki, Türk Şurasına üzv və müşahidəçi dövlətlərin media orqanları “Azərbaycana Media Tur” çərçivəsində işğaldan azad olunan ərazilərdə səfərdədir.

Səfərdə Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan, Serbiya və Bosniya və Herseqovinadan olan 20-dən artıq xarici jurnalist iştirak edir. Məqsəd işğal zamanı ermənilər tərəfindən Azərbaycan ərazisində törədilən vəhşiliklər, dağıdılan tarixi abidələr və yerlə yeksan olunan yaşayış əraziləri barədə KİV nümayəndələrinin məlumatlandırılmasıdır.

Üçgünlük səfər zamanı xarici jurnalistlər Füzuli, Cəbrayıl, Şuşa və Gəncədə olacaqlar.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15