Cümə, 29 Mart

Hollivud ulduzu Azərbaycan sənətçilərini dinlədi: “Möhtəşəmdir”

image

Dünya şöhrətli amerikalı aktyor Con Travolta Budapeştdə Azərbaycanın Xalq artistləri, tanınmış opera müğənniləri Yusif Eyvazov və Elçin Əzizovla görüşüb.

Xəbər verilir ki, bu barədə Y. Eyvazov “Instagram” hesabında paylaşım edib.

Xalq artisti paylaşımda “İnanmayacaqsınız, uşaqlar – bu gün Con Travoltanın özü bizi alqışladı”, – deyə vurğulayıb.

Qeyd edəki ki, Budapeşt İncəsənət Sarayında Rusiyanın Xalq artisti Anna Netrebko, Azərbaycanın Xalq artistləri Yusif Eyvazov və Elçin Əzizovun iştirakı ilə Cakomo Puççininin “Toska” operası nümayiş olunub. Tədbirin qonaqları arasında məşhur aktyor Con Travolta da olub.

O, tamaşadan sonra səhnə arxasına keçərək, opera ulduzlarının istedadlarına heyranlığını ifadə edib: “Möhtəşəm performans idi”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45