Cümə axşamı, 25 Aprel

Siyasi mühacir Maqsud Mahmudovun “Qarabağ” öncəgörməsi

image

Aftafa.tv siyasi mühacir Maqsud Mahmudov Qarabağın işğaldan azad edilməsi ilə bağlı öncəgörmələrini təqdim edir. 

Belə ki, bir neçə il əvvəl şəhərin mərkəzində müxalifətin keçirdiyi aksiyaya qarşı tək başına çıxış edən Maqsud Mahmudov prezident Əliyevin Qarabağı alacağı ilə bağlı ətrafdakıları əmin etməyə çalışır, “prezidentlə Qarabağa doğru” şüarını səsləndirdi. O vaxt Maqsud Mahmudovu başa düşməyən xalq keçən müddət ərzində Qarabağ müharibəsinin və torpaqlarımızın azad olunmasının canlı şahidi oldu.

Əslində bu məsələdə xalqı qınamağın da adı yoxdur. Həqiqət də gərək elə ağızlardan səslənsin ki, ona kimsə inansın. “Yalançının evi yandı heç kim ona inanmadı” el məsəlində olduğu kimi Maqsud Mahmudov öz gələcək əməlləri ilə bir daha özü haqqındakı düşüncələri təsdiq edəcəkdi.

Qeyd edək ki, bir müddət ölkədə baş tutan hər aksiyaya qatılan və hakimiyyəti dəstəkləyən fikirlər səsləndirən Maqsud Mahmudov birdən-birə dönüb siyasi mühacir oldu. Vətəndaşların girov qoyulan əmanətlərini də götürüb ölkədən qaçdı.

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33