Cümə axşamı, 02 May

Kürəkəni həbs edilən Xalq artisti: “Heç kəs ailə həyatımıza qarışmasın”

image

Xəbər verdiyimiz kimi, Xalq artisti Alim Qasımovun evindən oğurluq etməkdə ittiham olunan kürəkəni Elnur Mövlanov həbs edilib.

Xəbər verilir ki, jurnalistlər Alim Qasımovla əlaqə saxlayaraq, hadisə ilə bağlı ondan münasibət öyrənməyə çalışıb.

Xalq artisti bunun ailə məsələsi olduğunu deyib:

“Bu məsələ haqqında nə “hə”, nə də “yox” deyirəm. Heç kəs ailə həyatımıza qarışmasın”.

Xatırladaq ki, Alim Qasımovun qızı Fərqanə Qasımovanın həyat yoldaşı Elnur Mövlanov oğurluqda təqsirləndirilir. Belə ki, E.Mövlanov Alim Qasımovun evindən qızıl-zinət əşyaları və pul oğurlamaqda ittiham olunur. Zərərçəkmiş qismində tanınan şəxslər Xalq artistinin həyat yoldaşı Tamilla Aslanova və qohumu Rəşadət Fərzəliyevdir.

Qeyd edək ki, F.Qasımova bir neçə il bundan əvvəl rəsmi olmasa da, həyat yoldaşından ayrılıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15