Cümə axşamı, 28 Mart

Qadın sünnəti ilə bağlı dəhşətli faktlar: Ehtirasın sıfırlanması...

image

Azərbaycanın bəzi şimal bölgələrində qadın sünnətinin olması ilə bağlı xəbər mövzunu aktuallaşdırıb. Bu xəbər rəsmi olaraq təsdiq və ya təkzib edilmədiyindən hələ də gündəmdədir. Lakin qadın sünnəti ilə bağlı böyük əksəriyyətdə ya az məlumat var, ya da ümumiyyətlə bu haqda ilk dəfədir eşidirlər.

Bunu nəzərə alaraq qadın sünnətinin tarixi, tibbi üstünlük və ya yaratdığı problemlər, yayılma arealı haqda kiçik araşdırma aparılıb.

Öncədən onu bildirək ki, BMT-nin Əhali Fondunun hesabatına görə, bu günədək Afrika, Yaxın Şərq və Asiyanın 31 ölkəsində ən az 200 milyon qadın və qız sünnət (FGM) təcrübəsi yaşayıb.

Tarixi
Qadın sünnəti haqda ilk tarixi qeydlərə tarixçi Təbərinin qeydlərində rast gəlinir. Onun yazdığına görə, bu ənənənin kökü Həzrəti İbrahimin vaxtına gedib çıxır. Hətta ilk sünnət olunmuş qadının da onun həyat yoldaşı Həcər olduğunu qeyd edir. 

https://azadsoz.com/M0/1/2021/08/images/20210824_112957_1629790197_1738e17be8.jfif

Başqa bir qrup tarixçilər isə hesab edir ki, qadınların sünnət olunması adəti 2 min 500 il əvvəl Misirdə başlayıb və sonradan Afrikanın digər bölgələrinə yayılıb. Hətta bəzi Misir abidələrində qadın sünnəti ilə bağlı təsvirlərin əks olunduğu deyilir.

Herodot isə eramızdan əvvəl V əsrdə finikiyalıların, xetlilərin və efiopiyalıların qadınları sünnət etdiyini iddia edib. 

Sünnət mərasimim qədimdə Afrikanın tropik bölgələrində, Filippində, Yuxarı Amazondakı bəzi tayfalarında, Avstraliyadakı Arunta tayfasında, o cümlədən bəzi roma və ərəb topluluqlarında təşkil edildiyi də qeyd olunur. 

1950 -ci illərdən isə Qərbi Avropa və ABŞ-da isteriya, epilepsiya, psixi pozğunluq, masturbasiya, nimfomaniya və melanxoliya kimi xəstəlikləri müalicə etmək üçün sünnətin klitoridektomiya növü tətbiq edilib. Yəni FGM praktikası əsrlər boyu fərqli xalq və cəmiyyətlər tərəfindən icra olunub.

Sünnət necə olur?

https://azadsoz.com/M0/1/2021/08/images/20210824_113400_1629790440_56d46fd788.jpg

Qadın sünnəti əsasən 4-12 yaş arası və tam, ya qismən olmaqla müxtəlif formalarda edilir. Burada digər məqsədin guya fahişəliyin qarşısının alınması olduğu deyilsə də, statistik məlumatlar göstərir ki, bu sünnətin həyata keçirildiyi ölkələrdə fahilşəlik heç də digərlərindən az deyil.

Qadın sünnəti qeyri-tibbi səbəblərdən qadının cinsi orqanının bir hissəsinin və ya hamısının kəsilməsi şəklində özünü göstərir. Bu təcrübə beynəlxalq səviyyədə qadınların hüquqlarının pozulması kimi qiymətləndirilir.

Harada yayılıb?

Bu gün qadın sünnəti daha çox Cibuti, Misir, Qvineya və Malidə yayılıb, həmin ərazilərdə 15-49 yaş arası qadınların 90 faizindən çoxu FGM -ə məruz qalıb. 

Bundan əlavə, son on ildə köç edən rekord həddə miqrant zərərli praktikanı özləri ilə birgə Avstraliya, Yeni Zelandiya, Birləşmiş Krallıq, ABŞ və Yaponiya da daxil olmaqla digər ölkələrə aparıb.

Lakin sözügedən prosesin qarşısını alınması üçün həyata keçirilən proqramlar COVID-19 səbəbilə hazırda dayandırıldığına görə bu gün BMT səhiyyə işçiləri 2030-cu ilə qədər əlavə 2 milyon FGM hadisəsinin də yaşanmasından qorxu hissi keçirirlər. Çünki pandemiya nəticəsində məktəblərin bağlanması sünnətin tətbiq olunduğu ölkələrdə qızların müdafiəsiz qalmasına gətirib çıxarıb. Nəticədə FGM-in həyata keçirilməsi müəyyən qədər asanlaşıb.

https://azadsoz.com/M0/1/2021/08/images/20210824_112935_1629790175_b24f9df26b.jfif

Dünya bu ənənyə qarşıdır

Bildirək ki, 1997-ci ildə ÜST, UNICEF və BMT-nin Əhali Fondu birlikdə FGM tətbiqinə qarşı birgə bəyanat verib. Bu praktikanı dayandırmaq üçün Birləşmiş Millətlər Təşkilatı fevralın 6-sı qeyd olunan Qadın Sünnətinə qarşı Beynəlxalq Sıfır Tolerantlıq Gününü yaradıb. Qurum məhz həmin gün insanları FGM-i sonlandırmağa səsləyib. Çünki zorla həyata keçirilən bu sünnət qadınların gələcək həyatlarında fiziki və əqli problemlərlə üzləşməsində rol oynaya başlıca amildir.

Çox vaxt anesteziya edilmədən antisanitar şəraitdə həyata keçirilən FGM  sidik və ya nəcisin çıxmasını maneə törədə bilən şiddətli ağrı, qanama və şişkinliyə səbəb ola bilir. Uzunmüddətli dövrdə isə xroniki pelvik infeksiyalara, sidik yolu infeksiyasına, o cümlədən  ana və uşaqlar üçün doğumun ağırlaşmasına gətirib çıxarır. 

ÜST, BMT, Beynəlxalq Ginekologiya və Doğuş Federasiyası, əksər hökumətlər və nüfuzlu tibb birlikləri tərəfindən qəbul edilməyən bu prosedurun sağlamlıq baxımından heç bir faydasının olmadığı faktlarla təsdiqlənib.

Ehtirasın sıfırlanması

FGM -in "tibbləşdirilməsi" insan hüquqları və tibbi etikanın pozulmasını qanuniləşdirməyə xidmət edir, ona görə də bir sıra cəmiyyətlərdə böyük narahatlıq doğurur. Lakin buna baxmayaraq, sünnət olan hər dörd qız və qadından biri sağlamlıq işçiləri tərəfindən kəsilir. Tibbi müalicə xüsusilə Misirdə geniş yayılıb, orada FGM keçirən qızların təxminən 80 faizini, 45-49 yaş arası qadınların isə 17 faizini tibb işçiləri kəsib.

O qorxunu yaşayan həmin qızlar və gənc qadınlar bunun bir gün tamamilə bitməsini, başqa qurbanların olmamasını arzulayırlar, ancaq prosesin icrası üçün kəskin sosial təzyiq var.  

Analar, atalar, icma rəhbərləri qızların "təmiz" və evliliyə hazır  qəbul edilməsi üçün onları kəsilməyə məcbur edə bilirlər. Onların fikrincə, sünnət evlilik öncəsi bakirəliyi və evlilik sədaqətini təmin edir. Çünki FGM bir qadının libidosunu (ehtiras hissi) azaldır, beləliklə, qadınların sünnət olunacaqları təqdirdə evlilikdənkənar cinsi aktlara müqavimət göstərəcəyinə inanılır. 

Qadın sünnətinin dinlə nə əlaqəsi var?

Təcrübə daha çox ənənəvi sünnətçilər tərəfindən həyata keçirilir. Dini liderlərin FGM ilə əlaqədar fərqli mövqeləri var: bəziləri bunu təbliğ edir, bəziləri isə dinə aid olmadığını deyərək insanları çəkindirməyə çalışır.

Doğrudur, sünnətin tətbiq edildiyi 31 ölkənin əksəriyyəti bunun əleyhinə qanun qəbul edib, lakin onsuz da bu təcrübə sosial normalar dəyişənə qədər gizli şəkildə aparılır. 

Bu gün “World Vision” və digər təşkilatlar, qızlara və onların icmalarına FGM -i dayandırmaq üçün təhsil verir. Çünki bütöv bir nəsilin yox edilə biləcəyinə dair güclü dəlillər var.

ÜST, FGM-dən əziyyət çəkən qadınların müalicəsinin iqtisadi xərcləri ilə bağlı 2018-ci ildə bir araşdırma aparıb və məlumat olub ki, 27 ölkə üçün cari xərclər bir illik dövrdə 1,4 milyard dollar təşkil edir. Bu məbləğin 30 il ərzində 2,3 milyarda yüksələcəyi gözlənilir.

Sünnətin 4 növü var

Son olaraq onu da qeyd edək ki, ümumilikdə, qadın sünnətinin 4 növü var:

1. Klitoridektomiya.  Qadın cinsiyyət orqanının həssas bir hissəsi olan klitorisin xarici və görünən hissəsi ətrafdakı dəri ilə birlikdə qismən və ya tamamilə çıxarılır.

2. Eksizisiya. Klitorislə birlikdə kiçik dodaqlar (labia) çıxarılır.

3. İnfibulyasiya. Kiçik dodaqlar və vaginanı örtən dəri qatlarından ibarət böyük dodaqlar birlikdə kəsilir. Bundan sonra tikilmə prosesi həyata keçirilir və vajinal açılış daraldılır.

4. Buraya qadın cinsiyyət orqanlarına qeyri-tibbi məqsədlər üçün edilən bütün digər zərərli prosedurlar daxildir. Məsələn, genital bölgəni deşmək, kəsmək, cızmaq, qaşımaq və s.

Təcrübə daha çox ənənəvi sünnətçilər tərəfindən həyata keçirilir, onlar tez -tez doğuşlarda iştirak etmək kimi cəmiyyətlərdə digər mərkəzi rolları oynayırlar.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45
image

Sabahdan tətil başa çatır

  • 26.03.2024 - 09:25
image

Sabahın havası necə olacaq?

  • 25.03.2024 - 13:56