Cümə axşamı, 02 May

Taliban əleyhinə sual verən yeganə jurnalist qadın - FOTO

image

Dünya gündəmi Talibanın 9 gün ərzində bütün əyalətlərə, sonra da Kabilə girməsi və Əfqanıstan rəhbərliyini ələ keçirməsi ilə çalxalanır.

Gərgin günlərdən sonra bu həftə Taliban tərəfindən ilk dəfə keçirilən rəsmi mətbuat konfransında yalnız bir qadın jurnalistin olması diqqət çəkib.

Şarlotta Bellis Taliban əleyhinə sual verən ilk şəxs olmaqla tarixə düşüb. Bu hərəkətdən sonra dünya ondan və cəsarətindən danışmağa başlayıb.

2019-cu ildən Əfqanıstanda yaşayan Yeni Zelandiyadan olan Bellis bir müddətdir "Əl Cəzirə" xəbər agentliyində çalışır. Beynəlxalq mətbuatın canlı yayımladığı konfransında Şarlotta Bellis qırmızı paltarı və qara baş örtüyü ilə ön sırada əyləşməsi ilə də diqqət çəkib. O, salondakı yeganə qadın olmaqla yanaşı, Talibana sual verən ilk şəxs olub.

Bellis mətbuat konfransında "Qadınların və qızların hüquqlarının qorunacağı ilə bağlı necə zəmanət verə bilərsiniz?" deyə soruşub.

İlk dəfə üzünü dünyaya göstərən Taliban sözçüsü Zabiullah Mücahid Bellisin sualından sonra, "Qadınlara bütün hüquqlar veriləcək. İstər iş yerində, istərsə də digər fəaliyyətlərdə qadınlar cəmiyyətin əhəmiyyətli bir parçası olduğu üçün islam hüdudları daxilində bütün hüquqlarına zəmanət veririk", - deyə cavab verib.

https://azadsoz.com/M0/1/2021/08/images/20210819_023200_1629325920_663f54ebc6.jpg

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15