Çərşənbə axşamı, 14 May

Əfqanıstana kim rəhbərlik edir?

image

Əfqanıstanın vitse-prezidenti Əmrulla Saleh dövlət başçısı vəzifəsini icra etdiyini bildirib.

Məlumata görə, Ə. Saleh “Twitter” paylaşımında qeyd edib ki, dövlət başçısı olmadığı şəraitdə bu vəzifəni o icra edir.

Ə. Saleh nəzərə çatdırıb ki, Konstitusiyaya əsasən, Prezident olmadığı, qaçdığı, yaxud öldüyü şəraitdə vitse-prezident onun səlahiyyətlərini icra edir: “Mən Əfqanıstandayam və qanuni olaraq bu vəzifəni icra edirəm”.

Vitse-prezident ölkənin bütün liderlərini ona dəstək verməyə və razılaşdırılmış fəaliyyətə çağırıb. Xalqı radikal “Taliban” Hərəkatına qarşı birləşməyə çağıran Ə. Saleh, heç bir halda silahlılara tabe olmayacağını bəyan edib.

Qeyd edək ki, avqustun 15-də taliblər döyüşsüz paytaxt Kabilə daxil olub və şəhərə nəzarəti təmin ediblər. Prezident Əşrəf Qəni qan tökülməməsi üçün səlahiyyətlərini dayandırdığını bəyan edərək, ölkəni tərk edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00