Çərşənbə axşamı, 14 May

Son dəqiqə: Əfqanıstanda müharibə bitdi – Taliban elan etdi

image

Taliban Kabildəki prezident sarayını ələ keçirdikdən sonra Əfqanıstanda müharibənin başa çatdığını elan edib.

Xəbər verilir ki, bu barədə Talibanın sözçüsü Məhəmməd Naim açıqlama verib.

O, Talibanın təcrid olunmuş vəziyyətdə yaşamaq istəmədiyini söyləyib.

Naim hərəkatın şəriət qanunlarına əsasən qadın və azlıqların hüquqlarına və söz azadlığına hörmətlə yanaşılacağını bildirib.

“Bu gün əfqan xalqı və mücahidlər üçün böyük bir gündür. 20 ildir səylərinin və verdikləri qurbanlarının bəhrəsini gördülər. Allaha şükürlər olsun ki, ölkədə müharibə bitdi”, - Taliban sözçüsü qeyd edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00