Cümə axşamı, 02 May

Xankəndi sürətlə boşalır: yeni müharibə təhlükəsi

image

Xankəndidəki terrorçuların “xarici işlər naziri” F ermənilərin Qarabağda qalmaq istəmədiyini açıq şəkildə etiraf edib:

“Burada yaşamağa davam etməliyik, Qarabağda həyat sadəcə yaşamaq deyil, xüsusi bir missiyadır. Ona görə buna davam etməliyik. Əlbəttə, bu cəhdlər nəticə vermir, amma insanların ümidini, inancını gücləndirmək üçün hər şeyi etməliyik”, – Babayan deyir.

Və bununla təsdiqləyir ki, qondarma rejim ermənilərin köçünün qarşısını ala bilmir.

Qondarma “nazir” bir neçə həftə öncə rus jurnalist Darya Aslamovaya müsahibəsində də əhalinin köçünün başlandığını etiraf etmişdi.

Erməni jurnalist Tsovinar Barxudaryan isə rus sülhməramlılarına bel bağlamaq haqda danışarkən deyirdi ki, gələcək naməlumdur: “İnsanlar bilmirlər ki, getsinlər, yoxsa qalsınlar, 4 il sonra nə olacağını bilmək çətindir, biz bir həftə sonra nələr olacağını bilmirik”.

Son bir həftədə Xankəndidəki ermənilərin 30 faizi susuz qalıb. Onlar həm də yeni müharibənin olacağından qorxurlar.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15