Cümə, 19 Aprel

Rusiyada turist helikopteri qəzaya uğrayıb, 10 nəfər ölüb, yaralılar var

image

Rusiyanın Kamçatka diyarında Mi-8 helikopterinin qəzaya uğraması nəticəsində ilkin məlumata görə, 10 nəfər həlak olub.

Xəbər verilir ki, bu barədə məlumatlı mənbə bildirib.

Qeyd edilir ki, hadisə zamanı helikopterdə olan 7 nəfər sağ qalıb.

Məlumata görə, heyət üzvləri dumanlı hava şəraitində helikopteri endirmək istəyiblər. Lakin helikopter “Yelizovo” hava limanından 200 kilometr məsafədəki Kurilsk gölə düşüb.

TASS agentliyi isə qəza zamanı 8 nəfərin həlak olduğunu yazıb. Helikopter göldə batıb. Hadisə yerinə xilasetmə qüvvələri göndərilib.

Rusiyada helikopter qəzası baş verib.

Verilən məlumata görə, bu barədə ölkənin fövqəladə xidmətləri məlumat yayıb.

Qeyd edilir ki, hadisə Kamçatka diyarında qeydə alınıb. İlkin məlumata görə, Kronotsk qoruğunda turistlərin olduğu helikopter qəzaya uğrayıb.

Hələlik həlak olanlar və ya xəsarət alanlar haqqında məlumat yoxdur. Turistlərin yerli və ya xarici ölkədən olduqları açıqlanmır.

TASS agentliyi isə hadisə zamanı helikopterdə 16 nəfərin olduğunu açıqlayıb. Qeyd edilir ki, onlardan 13-ü sərnişin, 3-ü heyət üzvləridir. Agentliyin Səhiyyə Nazirliyinə istinadən məlumatına görə, qəza zamanı azı 2 nəfər ağır xəsarət alıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28