Cümə axşamı, 02 May

Deputat öz işçisini öldürdü - FOTO

image

Kamçatka Qanunvericilik Məclisinin deputatı, iş adamı İqor Redkin Ozernovski kəndində adam öldürdüyünü etiraf edib.

Xəbər verilir ki, öldürülən şəxs onun öz işçisi olub. 

Qeyd edilən hadisə 2 avqustda baş versə də, hadisənin təfərrüfatları bu gün məlum olub.   

Redkinin sözlərinə görə, yerli sakinlər ona müraciət edərək Ozernovskiy qəsəbəsində zibilliklərin ayıların hücumuna məruz qaldığını bildiriblər. Redkin də silahını götürərək deyilən yerə gedib. Hava qaralandan sonra o, zibillikdə ayını gördüyünü düşünüb və atəş açıb. Ayını qorxutduğu qənaətinə gələn deputat evinə qayıdıb. Səhəri isə orada güllələnmiş gəncin tapıldığını öyrənib. Bundan sonra o, polisə müraciət edib.

Rusiyanın Kamçatka Dairəsi üzrə İstintaq Komitəsinin regional idarəsinin mətbuat xidməti məlumat verib ki, yaxın vaxtlarda həbs qətimkan tədbiri məsələsi həll olunacaq.

Uzun müddət 12 saylı seçki dairəsində millət vəkili olan şəxs məhkəmənin verəcəyi hər hansı qərara razı olacağını bildirib. 

Hadisə ilə bağlı Rusiya İstintaq Komitəsinin Kamçatka Dairəsi üzrə İstintaq İdarəsi 30 yaşlı kişinin öldürülməsi ilə bağlı cinayət işi açıb.  

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15