Cümə axşamı, 02 May

Qarabağın yenidən qurulmasına 372 milyon manat xərclənib

image

2021-ci il üçün Azərbaycanın dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan 2,835 mlrd. manat vəsaitin cari ilin 6 ayı ərzində 2,612 mlrd. manatı layihələr üzrə bölüşdürülüb və 223,2 mln. manatı ehtiyatda saxlanılıb.

Məlumata görə, ilin I yarısında sifarişçi təşkilatlar tərəfindən həmin layihələr üzrə təqdim etdikləri məxaric sifarişləri ilə dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan vəsaitin cəmi 32%-i və ya 907,1 mln. manatı istifadə olunub.

İstifadə olunmuş vəsait bölüşdürülmüş dövlət əsaslı vəsait qoyuluşu xərclərinin 34,7%-ni təşkil edir.

Nazirliyin məlumatında qeyd olunur ki, işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsi, şəhər və kəndlərinin yenidən qurulması və bərpası üçün 2021-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş 2,2 mlrd. manatın ilin ilk yarısında 16,9%-i və ya 372,1 mln. manatı artıq istifadə olunub.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15