Cümə axşamı, 25 Aprel

Qarabağa ilk turların vaxtı AÇIQLANDI

image

Dövlət Turizm Agentliyi (DTA) Qarabağa turist səfərlərinin təşkil edilməsinə başlayır.

Xəbər verilir ki, bu barədə Agentliyin sədri Fuad Nağıyev məlumat verib.

Onun sözlərinə görə, ilk səfər bu ayın sonunda Ağdama təşkil olunacaq:

“Bu səfər “Yolumuz Ağdamadır” adı ilə baş tutacaq. Biz Ağdamda doğulmuş və təxminən 30 ildir ki, ora gedə bilməyən sakinlərin ziyarətini təşkil edəcəyik”.

DTA-nın Regional inkişaf sektorunun müdiri Elgün Cavadov isə bildirib ki, bu ilin əvvəlindən Qarabağ Turizm Marşrutları konsepsiyası hazırlanıb:

“Konsepsiyaya Ağdam və Füzuli-Xocavənd marşrutları daxildir. Ağdama səfər barədə ictimaiyyətə məlumat veriləcək. Çünki iştirakçılıq məsələsi var. Həmçinin biletlərin onlayn və oflayn alınması məsələsi var. Qiymətlərə gəlincə isə hazırda bu barədə müzakirələr aparılır. Belə ki, hazırda İdarələrarası Mərkəzi Səviyyəsində müzakirələr gedir və biz təkliflərimizi vermişik.

Sonuncu müzakirədə qiymətlərlə bağlı qərar veriləcək. Füzuli-Xocavənd marşrutu üzrə isə biz özümüz oralarda olmuşuq və maraq yaranarsa, gələn ildən bu istiqamətdə də turlar təşkil edə bilərik”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33