Cümə axşamı, 02 May

“40 ildir camaatı mən aldadıram…“ - Flora Kərimova - VİDEO

image

Xalq artisti Flora Kərimova vaxtilə “Tıq-tıq xanım” cizgi filminin mahnısını onun oxumadığını iddia edənlərə cavab verib.

Xəbər verilir ki, ARB telekanalında yayımlanan “Onun Sirri” proqramında qonaq olan sənətçi mahnını özünün oxuduğunu bildirib:

“Bir dəfə Xuraman xanım mənə zəng etdi dedi ki, “Tıq-tıq xanım”ı siz oxumamısınız? Dedim, mən oxumuşam. Mənə bildirdi ki, telekanallardan birində bağırırlar ki, həmin mahnını siz oxumamısınız. Televizoru açdım, gördüm deyirlər ki, “Sən demə, bu mahnını Flora Kərimova oxumayıb”. Belə çıxdı ki, mən 40 ildir camaatı aldadıram. Bu həyatda savaşım düz söz üstə olub. Mənə bu söz çox toxundu. Getdim studiyaya, düşdüm mühasibatlığa, oradan sənəd aldım. 

Heç vaxt mühasibatlıqdan gedib pul almamışam, qonorar yazılırdı, sənədlərə qol çəkirdim, amma pulu almırdım. Gedib sənədləri götürdüm. Aləmi qatdım bir-birinə. Yanımda operator dostumuz var idi, o da hər şeyi çəkirdi. Nəfəsimdən bilinir ki, o mahnını mən oxumuşam, mənim ifam kübar ifadır.

Təvazökarlıqdan uzaq olacaq, amma bu həqiqətdir ki, mənim ifam estradada milyon ifadan fərqlənir. Adını çəkmək istəmirəm, haqqımda bu iddianı səsləndirən, mahnını özünün oxuduğunu deyən xanımın səsi heç mənim səsimin yanından da keçmir. Mən o xanımı evimdən qovmuşdum”.

Həmin görüntüləri təqdim edirik:

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15