Şənbə, 04 May

ABŞ-da əhalinin yarıdan çoxu vaksinasiyadan keçib

image

ABŞ-da əhalinin 50 faizdən çoxu koronavirus əleyhinə tam vaksinasiyadan keçib.

Xəbər verilir ki, bu barədə Ağ Evin pandemiya statistikası üzrə direktoru Sayrus Şahpar özünün tviter səhifəsində yazıb. O, həmçinin proses iştirakçılarını bu tempi saxlamağa çağırıb.

Sayrus Şahparın sözlərinə görə, bu həftə ərzində sutkalıq vaksinasiya hallarının sayı öncəki həftə ilə müqayisədə 11 faiz artıb. ABŞ-ın Xəstəliklərə Nəzarət və Onların Profilaktikası üzrə Mərkəzi son həftə ərzində orta hesabla gündə 699 min peyvənd vurulduğu barədə məlumat yayıb. Ümumilikdə isə ölkədə 165 milyondan çox insan koronavirus əleyhinə tam vaksinasiyadan keçib, 193 milyon insan isə azı bir doza peyvənd vurdurub.

Qeyd edək ki, ABŞ-da vaksinasiya kampaniyasında “BioNTech/Pfizer”, “Moderna” və “Janssen” peyvəndlərindən istifadə olunur.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15